Gündəm

Məşhur aktyor yapon sevgilisi ilə evləndi — FOTO / VİDEO

http://olke.az/uploads/1554528281/oyunc.jpg
Beynəlxalq Portağal Çiçəyi Karnavalı çərçivəsində vətəni Adanaya gedən aktyor Rıza Akın ailə qurub.

Aktyor Hadırlı məhəlləsindəki portağal bağçasında Miho Şimotaşiro ilə toy edib.

Cütlüyün nikah şahidi Menderes və Funda Samancılar ilə dosent doktor Alper Eken olub. Nikah mərasimində məşhur rejissor və sənədli film rejissoru Nebil Özgentürk, Menderes Samancılar və digər şəxslər iştirak edib. Akın nikah mərasimində yaponların milli geyimində olub.