Gündəm / Cəmiyyət / Foto

Polisin saxladığı sürücü xəstəxanalıq oldu – Yolda keçindi

Polisin saxladığı sürücü xəstəxanalıq oldu – Yolda keçindi

Aprelin 4-də Goranboy rayon sakini 1956-cı il təvəllüdlü Yolçuyev İlham Zakir oğlu idarə etdiyi "VAZ 2107” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb sürücünün uzaq vurma işıqlarından istifadə etməsi olub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, saxlanılan zaman İ.Yolçuyev sərxoş olub və o, polis bölməsinə gətirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Bir müddət sonra sürücünün ailə üzvlərinin yanında polis şöbəsinin inzibati binasının qarşısında halı pisləşib. Əraziyə təcili tibbi yardım çağırılıb.

İ.Yolçuyev rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional mərkəzindən verilən məlumata görə, yaxınları mərhumun ürək çatışmazlığından əziyyət çəkdiyini və polisdən şikayətçi olmadıqlarını bildiriblər.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.