Gündəm / Cəmiyyət / İdman

Qayıbovun işinə yenə də `QAYIB QOYDULAR` – “Strategiyasız necə işləyir bu nazirlik?”

Qayıbovun işinə yenə də `QAYIB QOYDULAR` –

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun dövlət gənclər siyasətini sıradan çıxardığı, bütün istedadlı gəncləri bu sahədən didərgin saldığı bəlli idi. Olimpiada nəticələri sübut etdi ki, nazir idman sahəsində də yarıtmaz fəaliyyət göstərir”.

"Kanal14.az" Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bu ittihamla istimai fəal, jurnalist Fərid Şahbazlı çıxış edib.

Jurnalist daha sonra qeyd edir: "Cənab Prezident İlham Əliyevin gənclər və idman sahəsinə göstərdiyi diqqət və qayğını sabotaj edən şəxslər gec-tez həm qanun, həm də tarix qarşısında cavab verəcək…”

Dia-az.İnfo vurğulayır ki, Gənclər və İdman naziri Fərid Qayıbovun fəaliyyəti təkcə Fərid Şahbazlı tərəfindən qınanılmayıb. Son günlər sosial şəbəkələrdə bu kimi tənqidlər durmadan artmaqdadır. Onlardan növbətisində – tanınmış hüquqşünas Əkrəm Həsənlinin açıqlamasında da oxşar ruhlu iradlar yer almaqdadır. Ə.Həsənli bildirir:

"Olimpiada bitdi. Azərbaycan heç 2012-ci (9 medal) və 2016-cı il (18 medal) uğurlarını da təkrarlaya bilmədi. Cəmi 7 medal qazanmışıq. Onun da 5-ni bizə legionerlər (xarici mənşəli idmançılarımız) gətirdi. Bu o deməkdir ki, milli idmanın vəziyyəti acınacaqlıdır. İldən ilə daha çox pul xərclənir, amma nəticə yoxdur. Bunun da əsas günahkarları bax bu cütlükdür: gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva (o da bir növ legionerdir, amma heç bir səmərəsi yoxdur, üstəlik vətəni Bolqariyada parlament spikeri erməni əsilli Raya Nazaryandır). Hələ 2021-ci ildə nazir təyin olunandan sonra Qayıbov bəyan etmişdi ki, nazirliyin inkişaf strategiyasını hazırlayacaq. Amma nazirliyin saytında (BURA BAX:) göstərilir ki, "Hazırda strategiya hazırlanma mərhələsindədir”. 3 il bəs etmədi? Strategiyasız necə işləyir bu nazirlik? Nəticəsi göz qabağındadır…”