Gündəm / Cəmiyyət / Foto

1Aprel: Baş verən qırğın,yoxsa aldatma və yaxud gülüş?

1Aprel: Baş verən qırğın,yoxsa aldatma və yaxud gülüş?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Aprelin 1-i dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur. Bu günün mahiyyəti ilə bağlı müxtəlif versiyalar mövcuddur. DogruXeber.az xəbər verir ki, bu barədə ən geniş yayılmış məlumatlardan biri müsəlman qırğını ilə bağlıdır. XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək "bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm", - deyir.

Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara "mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil", - deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında "Hiylə - aldatma" günü kimi qeyd olunur. Bu gün Azərbaycanlılar üçün,tarixi bir gündür. Belə ki,2016-cı ilin aprel ayında şanlı ordumuz,mənfur düşmənimiz olan erməniləri torpaqlarımızın Talış kənd,Seysulan,Cocuq Mərcanlı,Lələtəpə və sair ərazilərimizdən qovub çıxardığı gündür.