Gündəm / Cəmiyyət

Socarda korrupsiya faktları ortaya çıxıb

Socarda korrupsiya faktları ortaya çıxıb

Bildiyiniz kimi yaxın günlərdə Socarın Kompleks Qazma idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib.

"Kanal14.az" Huquqaz-a istinadən xəbər verir ki, ancaq yeni əmrə əsasən yenidən başqa vəzifəyə təyinat alıb.

Socarın Kompleks Qazma idarəsinin keçmiş rəisi Pirim İsayev adı gedən vəzifəyə 1 il yox idi ki, təyin olunmuşdur. Lakin , verilən məlumata görə birgə əməkdaşlıq etdiyi Türk şirkətlərindən iş müqabilində qanunsuz korrupsiya əməli olaraq 30 mln civarında pul alaraq ( şapka) mənimsəmişdir. Məhs elə bu əməlinə görə çirkli izi itirmək üçün vəzifəsindən kənarlaşdırılıb.

Socarda korrupsiya faktları ortaya çıxıb

Socarda korrupsiya faktları ortaya çıxıb


O, zaman ortaya maraqlı sual çıxır :

Bu kimi adamı nədən yenidən vəzifəyə təyin edirlər ?
Bu suallın cavabı araşdırma nəticəsindən sonra tapıldı. Pirim İsayevin havadarı , arxası və yaxın dostu olan Socarın vitse prezidenti Babək Hüseynovun olduğu aydın oldu. Elə məhs buna görə də Pirim İsayevin bu kimi əməlindən sonra yenidən başqa vəzifəyə təyin edilməsi heçdə təəcüb doğurmadı.
Babək Hüseynovun digər korrupsiya əməli Bakers Pump firmasının direktorunu özünə müavin gətirdikdən sonra , heç 1 ay keçmədən bu qoçaq həmin firmadan bir mənbə 50 ədəd nasos almışdır.
Babək Hüseynovun başı bu cür işlərə qarışdığı üçün neftin hasilatı keçən ilə nisbətdə 15% azalmışdır.
Cəbab Prezidentin təsdiq etdiyi rəqabət qanunu niyə Socarda icra olunmur ?

Bəs Antiinhisar bunlardan xəbərsizdirmi ?

Mövzuya qayıdacağıq.