Gündəm / Cəmiyyət / Təhsil

Qəbul imtahanından kənarlaşdırılan şəxslərə güzəşt edilə bilər? — AÇIQLAMA

Qəbul imtahanından kənarlaşdırılan şəxslərə güzəşt edilə bilər? — AÇIQLAMA

"Ali məktəblərə imtahan verən şəxslər 17 yaşlı gənclərdir və etiraf edək ki, onlar imtahandan və imtahan nəticələrindən çox narahat olurlar. Ona görə də bəzən imtahandan keçmək üçün müxtəlif qanunsuz üsullara əl atırlar”.

"Kanal14.az" bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, onlara hər hansı bir güzəşt edilməsi gələcəkdə də bu tipli addımların təkrar olunmasına gətirib çıxara bilər:

"İmtahandan o şəxslər kənarlaşdırılır ki, onlar ümumi qaydaları pozur, ümumi qaydalara riayət etmir. İmtahan təkcə bilik və bacarıqların yoxlanılması deyil, həmçinin imtahan müəyyən qaydalara riayət etmək deməkdir. Qaydalara riayət etməyən şəxslər sabah ali təhsil müəssələrinə qəbul olduqda heç bir halda mütəxəssis ola bilməzlər, ona görə imtahandan köçürməyə görə və yaxud digər qaydalara riayət etmədiyi üçün kənarlaşdırılan şəxslərə heç bir halda güzəşt etmək olmaz. Əgər belə olarsa, bu, kütləvi hal alacaq və bu bilik və bacarıqları nümayiş etdirməyə mane olacaq.

Həmçinin, bu, imtahanda ədalət prinsipini pozur. Ona görə də imtahandan kənarlaşdıran şəxslərin hər hansı bir güzəşt edilməsi yolverilməzdir. Əksinə, daha da sərt qaydalar tətbiq etmək lazımdır ki, hər kəsə dərs olsun. Bu bilik meydanıdır. Əgər sənin biliyin varsa, bacarığın varsa, bunu nümayiş etdir. Kimsə əziyyət çəkir, oxuyur, sən isə rahat yollarla buna nail olmaq istəyirsənsə, bu ədalətli yol deyil”.