Gündəm / Cəmiyyət / Foto

Rövşən Rüstəmov da özünü qurbanovsayağı aparır… – Belə getsə, o da “relsdən çıxacaq”…

Rövşən Rüstəmov da özünü qurbanovsayağı aparır… – Belə getsə, o da

İki ildir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər postunda oturan Rövşən Rüstəmov deyəsən sabiq sədrin yolu ilə gedir.

"Kanal14.az" 32gun.az-a istinadən xəbər verir ki, əvvəlki rəhbərliyin dövründəki kimi, QSC-nin rəsmi saytında Azərbaycan Dəmir Yolları” QSC-də ümummilli lider Heydər Əliyevin sözləri yer almayıb.

Rövşən Rüstəmov da özünü qurbanovsayağı aparır… – Belə getsə, o da

Belə ki, bütün dövlət qurumlarının, nazirliklərin rəsmi saytlarında ümummilli lider Heydər Əliyevin dəyərli fikirləri, eləcə də cənab prezident İlham Əliyevin də sözləri yer alsa da ADY üçün bu deyəsən maraqlı olmayıb və indiki rəhbər üçün də önəm kəsb etmir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi saytında (ady.az) indi də bunlar nəzərə alınmayıb, ulu öndərin dəyərli fikirlərinə yer verilməyib.

Cəmi bir yerdə tarixi irsimiz bölməsində "əziyyət çəkilib”. Ulu öndərin dəmir yolunda çəkilmiş bölmə var. Bura da "klik” edildiyi zaman başqa bir saytda yerləşdirilmiş fotolar (flick.com) açılır.

Rövşən Rüstəmov da özünü qurbanovsayağı aparır… – Belə getsə, o da

Dia-az.İnfo qeyd edir ki, əslində ADY sistemində Heydər Əliyevin adına sayğısızlıq ilk günlərdən müşahidə olunmaqdadır. Yəni əvvəlki sədr Cavid Qurbanovun dövründən belə… Keçmiş cəbhəçi olan Cavid Qurbanovun zamanında Heydər Əliyev tərəfindən qovulduğunu isə hər kəs yaxşı xatırlayır. Yəni başadüşülən idi ki, Cavid Qurbanov çox ehtimal nəyinsə qisasını çıxırdı… Bəs Rövşən müəllim nəyin öcünü alır?