Gündəm / Cəmiyyət

Ramil Usubovun nəzərinə: Beyləqanın Polis rəisi rayonda narazılıq yaradıb

Ramil Usubovun nəzərinə: Beyləqanın Polis rəisi rayonda narazılıq yaradıb



Ötən ilin sentyabrın 15-də Daxili Işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini, polis polkovniki Rəşid Piriyev vəzifəsindən azad edilərək Beyləqan Ryon Polis şöbəsinə rəis təyin edilib

Nazir Ramil Usubovun bu təyinatı əvvəl Beyləqanlıları xeyli ümidləndirdi. Hər kəs fikirləşdi ki, Vaqif Şıxəliyev kimi "dəhşətli" əməllər sahibi olan rəisdən sonra, yəqin yeni təyin olunan Rəşid Piriyev normal insan kimi rayonda qayda-qanun yaradacaq.

Beyləqanda rəis fəaliyyətinə başlayan Rəşid Piriyev rayon əhalisinin gözlədiyinin əksinə olaraq, özündən əvvəlki rəisin əməllərini ilk gündən təkrar etməyə başladı. İlk olaraq rayonda olan bütün növ texnikanı - minik və yük avtomobillərinin, traktorların və digər texnikanın texniki pasportlarını "süzgəcdən keçirib" adi qüsurları böyüdüb, filə döndərdi, texnika yiyələrini xırda cərimə etməklə kifayətlənmədi, cərimədən bir neçə dəfə artıq xeyli yüksək məbləğdə pul aldı və əhali sabiq rəis Füzuli Şıxəliyevin ölülərinin göruna rəhmət oxudu. Baş verən hadisə ilə əlaqədar Rəşid Piriyevə "gözün üstündə qaşın var" deyən olmadı. Əksinə, dedilər rəis qayda-qanun yaradır.

 

Rəşid Piriyevin yeni rüşvətyığma metodu narazılıq yaradıb 

 

Beyləqan Rayon Polis şöbəsinin rəisi Rəşid Piriyevin maraqlı rüşvətyığma "metodları" barədə bir neçə dəfə fb səhifəmdə qeyd etmişəm! Deyəsən, DİN-in rəisin bu metodlarından ya hələ xəbəri yoxdur, ya da əhəmiyyət vermirlər. Ona görə də, düşündük ki, biz hadisə barədə yazaq ki, rəisi durdursunlar!..

"Metod qurbanları" bizə bildiriblər ki, Rəşid Piriyev rayona kənardan işverən "xəstə" qadınlar, uşaqlar gətirtdirir, onları həkimlərin, dua yazan mollaların və digər pulla iş görən adamların yanına "kömək almağa" göndərir, sonra da həmin adamlardan şahid-zərərçəkən kimi istifadə edib, adamları pul müqabilində gördüyü işə görə, rüşvət günahkarı çıxarır, sonra onlara çıxış yolu kimi 3 min manat verməli olduqlarını bildirir, amma sonda 2 min manatla razılaşır! 

Bunu Rəşid Piriyevin rayondakı çoxsaylı "qurbanlarından" artıq bir neçə nəfəri bizə bildirib! Rəisin pulgətirən "pryomuna" xeyli insan düşsə də, hələlik onları təzyiqdən qorumaq üçün adlarını açıqlamırıq. Artıq, bu hadisəni araşdırıb, bir neçə mənbədən təsdiq almışıq və vəzifə borcumuzu yerinə yetirib, hadisəni müvafiq dövlət orqanlarına çatdırmağı özümüzün peşə borcumuz bilirik!  

Bu barədə faktlar əsasında geniş yazı hazırlayırıq, material hazır olan kimi, rəhbərlik etdiyim media orqanlarında həmin hadisəni geniş şəkildə şərh edib, ictimailəşdirəcəyik...

Məftun

P.S. Məsələ ilə əlaqədar bir neçə dəfə R. Piriyevlə əlaqə saxlamağa cəhd etsək də, rəis nə iş, nə də mobil telefonu açmadı. Rəisin mövqeyini öyrənmək və ictimailəşdirməyə hazırıq.

 Mənbə paralel.az