Azərbaycanda milyonlarla dəyəri olan iki şirkət birləşdi
"Caspian Coast Vinery And Vineyards-2" şirkəti ilə "Merit Brand" şirkəti birləşib.
"Kanal14.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı razılıq əldə olunub.
Belə ki, "Caspian Coast Vinery And Vineyards-2"nin fəaliyyətinə xitam verilib və şirkət "Merit Brand"a qoşularaq ləğv olunduğunu elan edib.
"Merit Brand" isə qoşulması nəticəsində yenidən təşkil ediləcək.
Qeyd edək ki, "Caspian Coast Vinery And Vineyards-2" şirkəti 2022-ci ildə dövlət qeydiyyatına alınıb. 3 810 550 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Mollayev Fuad Rayib oğludur. "Merit Brand" isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. 3 810 560 manat nizamnamə kapitalına malik olan bur şirkətin isə qanuni təmsilçisi Boris Polosuxin Nikolayeviçdir.