Gündəm / Cəmiyyət / Mədəniyyət

Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı

Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirilir.

"Kanal14.az" KONKRET.az-a istinadən xəbər verir ki, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.

Məsələ ilə bağlı Ayla Kərimova Demokrat.az-a açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib.

O, məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:

"Bu barədə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir.

O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuş Aysel Teymurzadənin həyat yoldaşıdır.