Gündəm

Sumqayıtda parkomatlar niyə sökülür?

http://olke.az/uploads/1553632578/hgfertyukjhyg.jpg
 
 
Sumqayıt şəhərində parkomatlar sökülərək götürülür.

"Kanal14.az" xezerxeber.az-a istinadən bildirir ki, şəhər ərazisindəki parkomatların sökülməsinə başlanılıb. Artıq parkomatların çoxu sökülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə parkomatların sökülməsindən xəbərsiz olduqları bildirilib.

 

Parkinqə nəzarət edənlər isə deyiblər ki, parkomatların sökülməsi Sumqayıtdakı müvəqqəti saxlama dayanacaqlarında tətbiq ediləcək yeni sistemlə bağlıdır. Yeni sistemə əsasən, avtomobili park edən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək.

 

Nəzarətçilərin ödənişi qəbul edə bilmələri üçün onlara yeni elektron cihazlar veriləcək.