Gündəm / Cəmiyyət / Sosial / Təhsil

"Get, Heydər Əliyev Fondu kömək etsin!" - Bunu AMEA-da deyirlər...


"AMEA-da çalışan alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında və orada "normal elmi mühit"in yaradılmasında İsa Həbibbəylinin əsrarəngiz töhfələri var. Rüşvət alış-verişindən imtina etdiyinə, dövlət vəsaitinin mənimsənilməsi hesabına edilən saxta kitab nəşrlərinə qarşı çıxdığına və akademşəbəkənin yeyinti işlərinə qoşulmadığına görə ağır maddi-sosial duruma düşmüş və qaldığı mənzilin kirayə haqqının ödənilməsinə kömək edilməsi üçün müraciət etmiş AMEA əməkdaşına: "Get, Heydər Əliyev Fondu kömək etsin! Bizi narahat etmə!" deyirlər..."

"Kanal14.az" Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.

İdris Abbasov daha sonra yazır: "Bu yüksək məziyyətlərinə görə akademik İsa Həbibbəylinin Qurban bayramını təbrik edir, ona sevimli nəvələri ilə bahəm firavanlıq arzu edirəm.

Zatən bizim uşaqlarımız uşaq deyillər ki. Əlbəttə, xalqın, dövlətin malına qıymayan, mənimsəməyən, cibə girməyənlərin halı daha da pis olmalıdır.

Bəli, bizim uşaqlar haqqı mənimsənilmiş, ədalətsizliyin qurbanına çevrilmiş kasıb Vətən övladlarıdır.

Uca Allahın mərhəmətinə qısılmış, xalqın və dövlətin haqqına qıymayan kasıblara isə nə bayram, nə təbrik, nə də çörək düşür, hə?!