Gündəm / Cəmiyyət

Zaur Mikayılov digər qudasına da yüksək vəzifə verib

Zaur Mikayılov digər qudasına da yüksək vəzifə verib

"Kanal14.az"ın Qafqazinfo-ya istinadən məlumatına görə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.

Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

11:58

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

"Kanal14.az" manşet.az-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.