Gündəm / Cəmiyyət

Bürclər ən çox hansı adamlara əsəbiləşirlər? - Qorxaq, məsuliyyətsiz, davakar...

Bürclər ən çox hansı adamlara əsəbiləşirlər? - Qorxaq, məsuliyyətsiz, davakar...

Kimisi söz verib tutmayana, kimisi heç danışmayana, kimisi isə ikiüzlü adamlara əsəbiləşir... Bu dəfə astroloqlar bürcləri əsəbiləşdirən insan tiplərini açıqlayıblar.

"Kanal14.az" baku.ws-ə istinadən sözügedən açıqlamanı təqdim edir:

Qoç bürcü
Bu bürcün nümayəndələri haqqını axtarmayan adamlara əsəb olurlar.

Buğa bürcü
Buğa bürcündən olanlar söz verib, tutmayan məsuliyyətsiz insanlara əsəbiləşirlər.

Əkizlər bürcü
Bu bürcün nümayəndələri ağzını açıb bir kəlimə danışmayan, qaraqabaq şəxslərə əsəb olurlar.

Xərçəng bürcü
Xərçəng bürcündən olanlar kobud və duyğusuz insan tiplərinə əsəbiləşirlər.

Şir bürcü
Bu bürcün nümayəndələri özünü əzdirən, qorxaq adamlara əsəb olurlar.

Qız bürcü
Qız bürcündən olanlar hər işin öhdəsindən gələ bilməyən bacarıqsız insanlara əsəbiləşirlər.

Tərəzi bürcü
Bu bürcün nümayəndələri davakar adamlara əsəb olurlar.

Əqrəb bürcü
Əqrəb bürcündən olanlar ikiüzlü insanlara əsəbiləşirlər.

Oxatan bürcü
Bu bürcün nümayəndələri özünü düşünən, eqoist adamlara əsəb olurlar.

Oğlaq bürcü
Oğlaq bürcündən olanlar ayrı-seçkilik edən insanlara əsəbiləşirlər.

Dolça bürcü
Bu bürcün nümayəndələri onlara süni davranan adamlara əsəb olurlar.

Balıq bürcü
Balıq bürcündən olanlar məsuliyyətsiz insanlara əsəbiləşirlər.