Gündəm / Siyasət / Cəmiyyət

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılıb.

"Kanal14.az" xəbər verir ki, ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Erməni KİV artıq Azərbaycan bayrağının Əskipara kəndi üzərində dalğalandığını yazıb. Bu barədə müvafiq fotolar "Azadlıq Radioiosu"nun erməni bürosu tərəfindən işıqlandırılıb.

Qeyd edək ki, Ermənistan ordusunun artıq sözügedən kəndlərdən çıxdığı açıqlanmışdı.