Gündəm / Siyasət

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir siqnal daxil olmayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş vilayətindən rus sərhədçilərin çıxarılmasını tələb edəcəyi barədə sözlərini belə şərh edib: "Bununla bağlı heç bir siqnal olmayıb. Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bu və digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər".

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası başa çatdıqdan sonra Tavuş bölgəsindən çıxarılacağını açıqlamışdı. Paşinyanın sözlərinə görə, indi vəziyyət dəyişib.