Gündəm / Siyasət

Brüsseldə ABŞ, Avropa İttifaqı və İrəvan görüşü - Siyasi Şərh

Brüsseldə ABŞ, Avropa İttifaqı və İrəvan görüşü - Siyasi Şərh

Azərbaycan və Ermənistan arasında şərti sərhədlər ətrafında hansı proseslər başlayıb, Amerika Birləşmiş Ştatları aprelin 5-də Brüsseldə Avropa İttifaqı və Ermənistanla keçiriləcək iclasın yeni məqsədini açıqladı. İclasda Ermənistan Azərbaycan sülh prosesinin müzakirə olunmayacağı haqqında fikirlər yayımlandı.
Azərbaycan müdafiə nazirliyinin məlumatına əsasən Ermənistan qoşunlarının şərti sərhədlərimizdə hərəkətliliyi müşahidə edilib.Yəni, müdafiə nazirliyi təsdiq edir ki, Ermənistanın Azərbaycanla sərhəd boyu ərazilərində dayaq məntəqələri qurulur, uzun müddətli atəş nöqtələri yaradılır, dəmir-beton altlıqları hazırlanır və ora artilleriya qurğuları, ağır atəş vasitələri yerləşdirilir. Bu azmış kimi qarşı tərəf mövqelərimizi hədəf almaqdan da çəkinmir.Naxçıvanda atəş səsləri eşidildi. Ermənistan silahlı qüvvələri tərəfindən aprelin 1-də ordumuzun Sədərəyin Heydərabad və Şahbuzun Biçənək yaşayış məntəqələri istiqamətində mövqelərimiz atəşə tutulub.Naxçıvan istiqamətində atəşkəsin pozulması nədən xəbər verir, təxribatın arxasında duran hansı qüvvələrdir?

Fransadan, Hindistandan guya müdafiə məqsədilə aldığı silah-sursatlar Ermənistanın hərbi arsenalını gücləndirməyə hesablanıb. Azərbycan dəfələrlə beynəlxalq aləmdə Ermənistanın silahlanmasına diqqət çəkərək, bunun regiona sülh, sabitlik və heç bir rifah gətirməyəcəyini dəfələrlə vurğulayıb. Azərbaycanın bu çağırışlarına məhəl qoymayan, Cənubi Qafqazda daim közərən, aktiv müharibə ocağı yaratmaqda maraqlı olan qərb dairələri Ermənistanı yenidən təxribatlara əl atmağa sövq etdi. Adını missiya və mobil təlimatçı adlandıraraq, hədəfin Azərbaycan olmadığını vurğulayırlar. Hətta, guya Azərbaycanla danışıqlar normal məcrasında davam edir görüntüsünü yaratmaqla, Qazağın 4 kəndini təhvil verəcəkləri ilə bağlı açıqlama da verdilər. Gah döyüş qardaşlığı, gah sesnatser kimi hərbi qruplaşmaların nümayəndələri sözü gedən kəndlərə getdilər. Əhalini kəndləri təhvil verməməyə səslədilər. Daha sonra müxalifətçilərin həmin kəndlərə getdiyinin şahidi olduq. Maraqlıdır ki, kəndləri qaytarırıq deyən Ermənistan hakimiyyətindən həmin şəxslərə qarşı heç bir tətdbir görülmədi. Ermənistan bütün bu prosesləri bəhanə gətirərək kəndlərin verilməsini gecikdirir.

Brüssel görüşü ərəfəsində, Azərbaycanın təxribata əl atırmış kimi göstərilməsi vacib idi. Buna görə də Ermənistan ötən gün döyüş mövqeyini möhkəmləndirdikdən sonra Naxçıvan istiqamətində atəşkəsi pozdu. Maraqlıdır ki, daha çox Qazaxdan gözlənilən təxribat, özünü Naxçıvan istiqamətində büruzə verdi.

İkitərəfli danışıqlarda hələlik haqqı özünə qaytarılmayan Azərbaycandır. Reallıq budur ki, 8 kəndimiz erməni işğalındadır, Zəngəzur yolu hələlik istifadəyə verilməyib.Yəni bizim gözləntilərimiz var. Bu o deməkdir ki, Azərbaycan üçün, məsələ bitməyib. Azərbaycan baş vermiş hadisəyə hansı reaksiyanı göstərəcək.
Azərbaycana hazırkı vəziyyətdə aprelin 5-də Brüsseldə qlobal əhəmiyyətli görüşü də nəzərə alsaq, baş vermiş insidentlə bağlı hər hansı bir lokal hərbi əməliyyat keçirmək maraqlı deyil. Dünyanın diqqətinin bu regiona yönəldiyi üçün Brüssel görüşü ərəfəsində Azərbaycana özü haqqında təcavüzkar görüntü yaratması doğru olmaz.

Qazax istiqamətində Ermənistan -Gürcüstan sərhəddi Ermənistanın yeganə sərhəddidir ki, oranı qoruyanlar erməni sərhəd qoşunlarıdır. Amma, Ermənistanın Türkiyə və İran sərhədlərini qoruyan Rus sərhədçiləridir.Bu ərazilər Naxçıvana bitişik yerlərdir.

Cənubi Qafqazda Rusiyaya qarşı addım atan Ermənistandır. Rusiyanın Fransa ilə əlbir olub pərdə arxası oyun məsələsinə bir versiya kimi yanaşmaq olar.Ermənistan hakimiyyəti Rusiya hakimiyyətinin apponentidir. Rusiya istəyir ki, Zəngəzur dəhlizi işə düşsün. Zəngəzur dəhlizinin işə düşməsinin qarşısını alan Ermənistan, Fransa və İrandır.

Regionda müəyyən münaqişənin baş verməsində Rusiya maraqlı ola bilər, çünki Rusiyanın belə bir funksiyası var.İki tərəfin dava etməsi (2020-ci və 2023-cü illər) Rusiyanın imperiya maraqlarına da uyğun gəldiyi üçün, bu təxribatda sözü gedən dövlətin maraqlı olması daha çox ağıla batandır. Bu gün hələlik Cənubi Qafqaz uğurunda geosiyasi mübarizədə Azərbaycanın, Türkiyənin və Rusiyanın maraqları üst-üstə düşür.
Bu günlərdə Azərbaycana yeni bir əməliyyat aparmaq lazım deyil. Azərbaycan deyir ki,bizim tərəfə hücum olarsa qarşısı qətiyyətlə alınacaq. Bizə sülh yolu ilə torpaqlarımızın qaytarılması vacibdir.

Ermənistan Qərbin təhriki ilə sərhəddinə qoşun yığan tərəfdir. Nəzərə alaq ki, Avropa ittifaqı 209 nəfərlə Ermənistan ərazisindədir. ABŞ-ın bir neçə hərbi nümayəndəsi mobil təlimatçı adı ilə Ermənistan ərazisindədir. Bütün bunlara baxmayaraq, bu gün Ermənistan respublikasının hərbi potensialı olduqca pis vəziyyətdədir. Ermənistanın ordusu döyüş qabiliyyətli olsa idi, Qazağın 4 kəndinin qaytarılacağı ilə bağlı bəyanat verməzdi. Adı keçən kəndlərin, qaytarılması çox ləngiyir.Bu da sülh sazişinin imzalanması vaxtının uzadılmasına xidmət edir.

Amma, Ermənistan rəhbərliyi, parlamentin hakimiyyət qanadı, hakimiyyətin özü, spiker və baş nazir səviyyəsində artıq 4 kəndin taleyi ilə bağlı məsələləri müzakirə etmirlər,o kəndlər qaytarılmalıdır.Yəni, bu gün Azərbaycana qarşı, təxribat etmək istəyən dövlət bu ritorikadan istifadə etməz, Azərbaycana qarşı təcavüzkar mövqedən çıxış etməz.Ermənistanın Azərbaycana qarşı hər hansı əməliyyat keçirmək imkanları çox məhdutdur. Ermənistan tərəfi üçün bu silah- sursatın yığılması, Zəngəzur dəhlizi ilə bağlı məsələni yubatdıqları təqdirdə Azərbaycanın ata biləcəyi güc metodlarına qarşılıq verə bilmələri üçündür. Ermənistan hökuməti hazırkı vəziyyətdə istər Fransanın, istərsə də Amerikanın təhriki ilə öz əhalisini, öz əsgərini yenidən qırğına verməyəcək. Çünki, Ermənistan o gücdə, o qüvvətdə deyil. Arzulamaq və istəmək hələ reallıq deyil.

Aprelin 5-də Avropa İttifaqı, Birləşmiş Ştatlar və Ermənistan- üçlü görüşünün baş tutması Ermənistanın təhlükəsizliyi, maliyyə yardımları və müdafiəsi məqsədilə bölgəyə qərb qüvvələrinin cəlb edilməsinə ehtiyac yaranmasının formalaşdırılmasına hesablanıb. Görüşə hələ bir neçə gün var. Deməli təxribatların sayının artacağı da istisna edilmir.

Bizim Ermənistanla çox boyük sərhəddimiz var.Növbəti təxribat gözləmədiyimiz yerdə baş verə bilər. Onlar yaxşı başa düşürlər ki, belə bir görüş ərəfəsində Azərbaycan lokal hərbi əməliyyat keçirən deyil, maksimum mövqe döyüşü ola bilər. Ermənistanın arxasında qərbin mətbuat və bütün kommunikasiya vasitələri dayanır. Bəs o zaman Ermənistan üçün bu təxribatın nə xeyiri ola bilər?

İndiki şəraitdə ermənilər Azərbaycana qarşı irimiqyaslı əməliyyata başlaya bilməz. Onların potensialı və maraqları da yoxdur. Amma, 5 aprel görüşü ərəfəsində müəyyən bir fon yaradırlar. Qərbə göstərirlər ki, Azərbaycandan Ermənistana daim bir təhtid var, bununla bağlı qərbdən lazımi siyasi, hərbi və maliyyə yardımı alsınlar. Bu təxribatı ictimailəşdirməklə ermənilər dünyaya car çəkirlər ki, Rusiya bizi qorumur, bizə sizin təhlükəsizlik təminatınız lazımdır. Bu o deməkdir ki, biz ermənilər ruslar tərəfindən satılmışıq, ruslar bizim təhlükəsizliyimizə təminatçı olmaq istəmir. Belə yanaşma ilə Avropa İttifaqı və Amerika Ermənistanı Rusiyadan qorumaq üçün razılaşma ola bilər. ABŞ və Avropa İttifaqı, Ermənistanla hərbi təhlükəsizlik sahəsində razılığa gələ bilər.

Ermənistan parlamenti sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə əlaqədar təcili toplantı keçirəcək.İclasın keçirilməsini xüsusən parlamentdəki müxalif fraksiyalarının deputatları tələb ediblər. Aprelin 9-da başlayacaq ilk sessiya baş nazirin müavini Miqel Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da dəvət olunacaq.

Azərbaycanın 44 günlük vətən müharibəsində öz suvernliyini bərpa etməsindən sonra Ermənistanda başlayan etirazlar bu günə qədər davam edir. Müxtəlif siyasi partiyaların, politoloqların, ictimai xadimlərin, sabiq məmurların, hökümət əleyhinə çıxışları səngimək bilmir. Etirazçılar baş verənlərə görə bir mənalı şəkildə hökumətin başçısı Nikol Paşinyanı ittiham edirlər. Qeyd edirlər ki, son illərdə Ermənistanın və erməni xalqının başına gələnlər onun avantürizminin nəticəsidir. Hətta, Paşinyanın Tavuşa gedib, 4 kəndlə bağlı açıqlama verməsi də erməni cəmiyyətində bir mənalı qarşılanmadı. Xüsusilə də müxalifət Paşinyana qarşı ritorikanı sərtləşdirdi, hətta, bir neçə gün öncə Xocalı qatili Seyran Ohanyan da sözü gedən kəndə gedib, orda müvəqqəti məskunlaşan erməni əhalini, həmçinin, orda xidmətdə olan hərbiçilərə də səsləndi. Onları Paşinyanın siyasi kursu ilə razılaşmamağa dəvət etdi. Bununla da adı çəkilən kəndlərin Azərbaycana qaytarılmaması üçün artan etirazlar çoxalmağa başladı. Anklav kəndlərin Azərbaycana qaytarılması ilə bağlı Paşinyanın açıqlaması etirazlara səbəb olub. Bu etirazlar Paşinyanın hakimiyyətdən getməsinə səsbəb ola bilməz. Cünki, 2021-ci ilin iyun ayından Paşinyana belə bir mandat verilib. Bu kəndlərlə bağlı Azərbaycan öz hədəflərinə nail olacaq. Qərb tərəfdaşları da Ermənistan hökumətinə belə bir mesaj veriblər ki, bu kəndlər Azərbaycana müzakirəsiz qaytarılmalıdır.


Mirfazil HƏMİD:
Demokratik Birlik Partiyasının (DBP) sədri