Gündəm / Hadisə / Dünya

Etirazçılar Netanyahunun iqamətgahına girməyə çalışırlar

Etirazçılar Netanyahunun iqamətgahına girməyə çalışırlar

İsraildə etiraz aksiyaları davam edir. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahına girməyə çalışırlar.

Onlar İsrail Nazirlər Kabinetinin rəhbərinin istefasını və girovların azad edilməsi üçün Həmasla razılaşmanı tələb ediblər.

Əvvəlcə insanlar parlament binası (Knesset) yaxınlığında etiraz aksiyası keçirsələr də, sonradan baş nazirin iqamətgahına doğru irəliləyiblər.

Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşub və bir neçə polis kordonunu yarıblar.