Xocalıya qədər uzanan Təhməzovlar biznesi - FOTO
Araşdırmavı jurnalist Cavanşir Həsənli şəxsi facebook hesabında daha bir maraqlı faktı açıqlayıb.
"Kanal14.az" bildirir ki, o, "MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzovun fotosunu paylaşaraq, bu sözləri qeyd edib:
Bu cavan oğlan İsrafil Təhməzlidir. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı oğludur, atası Fərhad Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin rəhbəridir.
Əvvəllər atası təndir (oxu: tender) yapıb oğluna verirdi, MİDA-nın layihələri, çoxmilyonluq dövlət tikinti sifarişləri ona verilirdi. İndi azad edilmiş ərazilərdə də bir çox milyonluq tikinti layihələrinin arxasından onun adı çıxır. Xocalıya kimi gedib çıxıb".
Redaksiyadan: Adı çəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.