Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO
Suraxanıda növbəti qanvermə aksiyası keçirilib
"Kanal14.az" "DogruXeber.az"a istinadən xəbər verir ki, martın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə RİH-in inzibati binasında növbəti dəfə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün könüllü qanvermə aksiyası təşkil olunub.
400-ə yaxın rayon ictimaiyyətinin cəlb olunduğu qanvermə aksiyasında 150-dək vətəndaşdan qan götürülüb.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.
Müqəddəs Ramazan ayında Suraxanı rayon İcra Hakimiyyətinin həyata keçirdiyi bu xeyirxah aksiya həqiqətən təqdirəlayiqdir və istər icra hakimiyyətləri olsun, istərsə də digər dövlət qurumlarına nümunə olacaq addımdır.
Əməyi keçən hər kəsi alqışlayırıq.
Qeyd edək ki, səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa, qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.
DogruXeber.az