Gündəm / Cəmiyyət / Təhsil

"Məlum akademik çevrə 25 il ərzində dilimizin başına oyun açıb" - ETİRAZ


"Deyirlər, jurnalistlərə imla yazdıracaqlar. Görəsən, AAK-dan diplom almış və zarafata salıb elmin başına oyun açan alim-akademiklərə nə vaxt və kim tərəfindən imla yazdırılacaq?!"

"Kanal14.az" Dia-az.info-a istinadən bildirir ki, bunu öz açıqlamasında dilçi-alim İdris Abbasov qeyd edib.

O daha sonra olaya reaksiyasını belə ifadə edib: "İnanın ki, mən elmi məqalə-filan demirəm, əminəm ki, tək imla yazısı zamanı özlərinin qazdıqları orfoqrafiya və yazı etibarsızlığı quyusuna ilk olaraq özləri düşəcəklər.

Müasir dünyada heç bir dilin yazı qaydalarının başına bizdəki qədər bəla və müsibətlər gətirilməyib. O bəla və müsibəti son 25 il ərzində dilimizin başına gətirən məhz məlum akademik çevrə oldu".