Gündəm / İqtisadiyyat / Cəmiyyət

Taleh Bəşirovu kimsə DURDURA BİLMİR? - 3 gündür ki, tikinti prosesini bərpa edib...

Taleh Bəşirovu kimsə DURDURA BİLMİR? - 3 gündür ki, tikinti prosesini bərpa edib...

"Kanal14.az" Dia-az.info-ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirov Bakının Novxanı çimərliyi yaxınlığında yerləşən "Sarıqaya” yaşayış massivi "Metallurq” düşərgəsinin bir hissəsini zəbt edib. Zəbt edilən əraziləri hasarlasa da, ərazidə inşaat işlərini müvəqqəti dayandıran əmlak məmuru, artıq 3 gündür ki, tikinti prosesini bərpa edib. Bu məqsədlə zəbt edilən ərazinin hər iki tərəfinə yük maşınlarının rahat girib-çıxması üçün nəhəng darvazalar qoyulub. Bununla da zəbt olunan ərazi digər şəxslərin üzünə tam qapadılıb. Artıq əraziyə daxil olmaq mümkün deyil.

Ərazidə işləyən ağır texnikalar villa inşası üçün ilkin hazırlıq işləri həyata keçirməkdədir. Zəbt olunan ərazidə qonşu "Şəfəq” düşərgəsində olduğu kimi yarım milyon, bir milyon qiymətində olan bahalı villalar inşa ediləcək. Satış məqsədilə inşa ediləcək villalardan biri isə Taleh Bəşirovun özü üçün nəzərdə tutulub.