Gündəm / Cəmiyyət / Təhsil

Bir neçə təhsil müəssisəsinin rəhbəri ilə bağlı tədbir görüldü

Bir neçə təhsil müəssisəsinin rəhbəri ilə bağlı tədbir görüldü

"Ağcabədi rayonu üzrə təhsil sektorunun 4 nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmamışdır. Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməmiş, bir sıra neqativ hallara yol verilmişdir".

"Kanal14.az" xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin məlumatında deyilir. 

"Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir", - deyə İdarənin məlumatında qeyd olunur.