Gündəm / Cəmiyyət

Nicat Həsənov Sabunçuya rəis təyin edildi

Nicat Həsənov Sabunçuya rəis təyin edildi


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin sabiq rəisinə yeni vəzifə verilib. 

Xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Həsənov Nicat Zəfər oğlu rotasiya ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon idarəsinin rəisi polkovnik Hüseyn Quliyev Binəqədi rayon idarəsinin rəisi təyin olunub.