Gündəm

"Yanğın zamanı xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır" — Nazirlikdən açıqlama

http://olke.az/uploads/1551851671/sehiyyenazirliyi.jpg
 
Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

"Kanal14.az" Report-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: "14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.