Pentaqon rəhbəri səlahiyyətlərini müavininə verib
Xərçəng diaqnozu qoyulan ABŞ-nin müdafiə naziri Lloyd Ostin səlahiyyətlərini nazir müavininə verib.
"Kanal14.az" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Katib Ostin öz səlahiyyətlərini müdafiə nazirinin müavini Ketlin Hiksə həvalə etdi. Nazir müavini vəzifə və səlahiyyətləri qəbul edib”, - deyə mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl Pentaqonun mətbuat katibi Patrik Rayder bildirmişdi ki, Ostinin səhhətində yaranan problemlər səbəbindən yenidən müayinə üçün xəstəxanaya yerləşdirilib.