Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

50 minə yaxın qanunsuz tikiliyə sənəd verilib — Qanun layihəsi hazırlanır

50 minə yaxın qanunsuz tikiliyə sənəd verilib — Qanun layihəsi hazırlanır

"Sənədsiz evlərlə bağlı məsələ illərdir ki, müzakirə obyektidir. Milli Məclisdə mütəmadi bu məsələyə toxunmuşuq. Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhəri İcra Hakimiyyəti bununla məşğul olur. Son vaxtlar təxminən 50 minə yaxın sənədsiz evə sənəd verilib, amma bu evlərin araşdırılmasına ehtiyac var”.

"Kanal14.az" bildirir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov sənədsiz evlərlə bağlı problemin həllinə münasibət bildirərkən deyib. O qeyd edib ki, dövlət başçısının sənədsiz evlərlə bağlı xüsusi göstərişi var:

50 minə yaxın qanunsuz tikiliyə sənəd verilib — Qanun layihəsi hazırlanır

"Evlərə sənəd verilməlidir, amma bəzi hallarda bu, qeyri-mümkündür. Çünki bəzi fərdi yaşayış evləri elektrik xətlərinin altında, bəziləri qaz borularının və neft borularının üstündə, bəziləri sürüşmə zonalarında tikilib. Ona görə də bu evlərlə bağlı problem yaşanır. Hesab edirəm ki, hər nə olur, olsun, əgər vətəndaş həmin ərazilərdə ev tikib yaşayırsa, ona mütləq ya kompensasiya verilməli, ya da evlə təmin olunmalıdır. Vətəndaş küçədə qalmalı deyil ki... Bu məqamlar nəzərə alınmalı və problem həll olunmalıdır”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Həmin tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilən fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiya işlənib və hökumətə təqdim edilib. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır.