Gündəm / Siyasət / Cəmiyyət

Bəylər Əyyubov mediaya AÇIQLAMA VERDİ — VİDEO


 
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubov növbədənkənar prezident seçkilərində səs verib.
 
"Kanal14.az" Musavat.com-a istinadən xəbər verir ki, Bəylər Əyyubov Şuşa şəhərində yerləşən seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bəylər Əyyubovun son 30 ildə, demək olar ki, ilk dəfə mətbuata açıqlama verməsi diqqət çəkib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.