Gündəm / İqtisadiyyat / Cəmiyyət

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

"Kanal14.az" apa-ya istinadən xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.