Gündəm

Müharibə bitdi: Madonna Ledi Qaqa ilə barışdı

http://olke.az/uploads/1551419585/ldy.jpg
 
Ledi Qaqa bir müddət əvvəl sevgilisi Kristian Karinodan ayrılsa da, dünən düşməni Madonna ilə barışıb.

 "Shallow” mahnısına görə Oskar alan Ledi Qaqa Madonna və Qay Ozeri tərəfindən təşkil edilən qonaqlığa gedib. Qonaqlıqda Madonna və Ledi özünü yaxşı aparıb, qucaqlaşaraq foto çəkdiriblər.

Müğənnilərin münaqişəsi 2012-ci ildən başlayıb. Madonna "ABC”nin konfransında çıxışı zamanı Qaqanın "Born This Way” mahnısını özünün "Express Yourself” mahnısının rimeyki adlandırıb.

Qaqa isə bundan sonra demişdi: "KİV vasitəsilə mənə deyir ki, mən heç kiməm. Elə bil ki, bir oğlan dostu vasitəsilə qıza sevdiyini etiraf edir. Rədd ol əşi! Niyə sənin dostun bunu mənim özümə demir”.

Amma zaman keçdikcə qalmaqal yatışdı və Madonna müsahibələrinin birində mübahisə etmək istəmədiyini etiraf etdi:

"Ledi istedadlı bəstəkar və yaxşı vokalistdir. Bizim aramızda kiçik münaqişə oldu və insanlar onu şişirdilər. Mən bundan bezmişəm. Vecimə deyil. Tezliklə hamı susacaq və bu mövzuda danışmaqdan əl çəkəcəklər. Mənim bir planım var”.