Gündəm / Cəmiyyət / Hadisə / Səhiyyə

Ağstafa Rayon Mərkəzi Xəstəxanasından BİABIRÇILIQ: Ölümcül yaralı halda TƏCİLİ YARDIM çağırdı - “özün gəl” dedilər

Ağstafa Rayon Mərkəzi Xəstəxanasından BİABIRÇILIQ: Ölümcül yaralı halda TƏCİLİ YARDIM çağırdı -

"Kanal14.az" xəbər verir ki, Ağstafada dəhşətli hadisə baş verib.

32gun.az-a daxil olan məlumata görə, bıçaqlanan Ağstafa sakini Babayev Nuran Sahil oğlu Ağstafa təcili yardımına zəng etsə də ona özün bir yol tap xəstəxanaya gəl cavabı verilib.

O isə qanı axaraq, yaralı halda bir neçə 100 metr məsafə qət etsə də yolda huşunu itirərək yıxılıb.

N.Babayevi prokurorluğun qarşısında qanlar içində yerə yıxılmış vəziyyətdə görənlər təcili olaraq xəstəxanaya çatdırıblar.
Xarırladaq ki, Hadisəni törədən Mahir Kazımov Ağstafa polisi tərəfindən saxlanılıb.

Xatırladaq ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru İlham Sofuyevdir.