Gündəm / Siyasət / Dünya

İlham Əliyevin tələbi ilə Ermənistanda yeni Konstitusiya qəbul ediləcək

İlham Əliyevin tələbi ilə Ermənistanda yeni Konstitusiya qəbul ediləcək

Ermənistanda baş nazir Nikol Paşinyanın təklifi ilə yeni Konstitusiya qəbul ediləcək. 

"Kanal14.az" erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistanın yeni Konstitusiyası Azərbaycan lideri İlham Əliyevin tələbi ilə baş tutacaq. 

Diplomatik mənbələrin bildirdiyinə görə, İlham Əliyev sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə belə qeyd edib: "Ermənistanın daxili qanunvericiliyi uyğunlaşdırılmalıdır ki, sülh müqaviləsi bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmasın".

Qeyd edək ki, Ermənistanda yeni Konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul ediləcək. Yeni Konstitusiyanın lehinə ən azı 647 min insan səs verməlidir. Hazırda isə bu yolda 688 min səs toplanıb.