Gündəm / Dünya

İsraildən HƏMAS-a atəşkəs təklifi

İsraildən HƏMAS-a atəşkəs təklifi

İsrail HƏMAS-a bütün girovların azad edilməsi müqabilində Qəzzada 2 aylıq atəşkəs təklif edib.

"Kanal14.az" xəbər verir ki, İsrail Qətər və Misir vasitəsilə Həmas-a Qəzza üçün 2 aylıq atəşkəs təklif edib.

İsrail HƏMAS-dan bu müddət ərzində əlində olan bütün girovları azad etməyi tələb edir.

Oktyabrın 7-də başlayan qarşıdurmalar zamanı Netanyahu hökuməti Həmas tərəfindən girov götürüldüyünə görə öz ölkəsində sərt tənqidlərə məruz qalırdı.