Gündəm / Siyasət / Səhiyyə

"İnsanlar bu qanunun qəbulunu çoxdan gözləyir" - Komitə sədri


"Hazırda "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində yeni iş gedir".

"Kanal14.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olur, aidiyyəti qurumlarla görüş keçirilib: Hazırda qanun layihəsi üzərində işlənilir. Ümidli idik ki, ötən sessiyada məsələni müzakirə edək, amma olmadı. İnanıram ki, qanun layihəsi yaz sessiyasında Milli Məclisə daxil olacaq və sənədi yenidən müzakirə edəcəyik. Çünki insanlar bu qanunun qəbulunu çoxdan gözləyir”.