Gündəm / Hadisə / Dünya

Qəzzada ölən fələstinlilərin sayı 23 mini ötüb

Qəzzada ölən fələstinlilərin sayı 23 mini ötüb

Qəzza zolağında ölən fələstinlilərin sayı 23,7 mini keçib.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, münaqişə başlayandan bəri 60 mindən çox insan yaralanıb.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində 151 nəfər ölüb, 250-yə yaxın insan isə yaralanıb.