Gündəm / Hadisə / Dünya

Pentaqon rəhbərinin səhhəti ilə bağlı AÇIQLAMA

Pentaqon rəhbərinin səhhəti ilə bağlı AÇIQLAMA

ABŞ müdafiə naziri Lloyd Ostinin sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verilib.

"Kanal14.az" xəbər verir ki, Pentaqonun sözçüsü Pat Rayder bu barədə danışıb.

Rayder Ostinin əməliyyatdan sonra yaranan ağırlaşmalara görə yanvarın 1-də xəstəxanaya yerləşdirildiyini bildirib.

Ostinin sağalma prosesinin yaxşı getdiyini bildirən Rayder nazirin vəzifəsinə qayıtmasının gözlənildiyini vurğulayıb. Vəziyyətin gec açıqlanması reaksiya ilə qarşılanıb. Müdafiə Departamentini əhatə edən media qurumlarını təmsil edən Pentaqon Mətbuat İcması vəziyyətlə bağlı gec məlumat verilməsindən narahatlığını ifadə edib.

İcma tərəfindən yayılan yazılı açıqlamada ictimaiyyətin belə vəziyyətlərdən xəbər tutmaq hüququ olduğu vurğulanıb və Pentaqonun günlər sonra ictimaiyyətə məlumat verməsi tənqid olunub.