Gündəm / Cəmiyyət / Dünya

"Volqa" yenidən istehsal ediləcək


Rusiya yenidən "Volqa" minik avtomobillərinin istehsalına başlayır.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.

Onun sözlərinə görə, "Volqa"nın istehsalı 2024-cü ilin ortalarında bərpa olunacaq. "Volqa" müasir dizayn alsa da, loqo eyni qalacaq: "Maral təsvir olunan loqo qalacaq, çünki bu loqo bütün dünyada tanınır".