Gündəm / Cəmiyyət / Dünya

İlon Mask: "2024-cü il ən “dəli il” olacaq”

İlon Mask:

"2024-cü il dəlisov il olacaq”.

"Kanal14.az" xəbər verir ki, bu proqnozu amerikalı multimilyarder İlon Mask bu il gözlənilənlərlə bağlı maraqlanan X sosial şəbəkə istifadəçilərindən birinin yazısına cavab olaraq verib.

İş adamının mesajı artıq xarici mediada da təhlil edilib. "Investing”-ə görə, "ən dəli il” haqqında şərh ABŞ-da qarşıdan gələn prezident seçkiləri fonunda yazılıb.

Məlumat üçün bildirək ki, Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb və dünyanın ən zəngin 500 adamı siyahısına başçılıq edir. Buna onun şirkətləri SpaceX və Tesla-nın uğurları kömək edib.