Gündəm / Cəmiyyət / Sosial

Qaza olan borcu necə öyrənmək olar?

Qaza olan borcu necə öyrənmək olar?

"Mobil tətbiqlər vasitəsilə kommunal ödənişlər etdikdə bir sıra problemlərlə üzləşmək mümkündür”.

"Kanal14.az" xəbər verir ki, bu fikirləri SOCAR Azəriqaz İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, mobil vasitələrlə ödənişlər edilən zaman borc düzgün göstərilməyə bilər:

"Bu tip hallar zamanı, abonentlər "Azəriqaz”a nə qədər borcu olduğunu və yaxud da "Azəriqaz”ın onlara nə qədər borcu olduğunu azeriqaz.az saytına daxil olmaqla öyrənə bilərlər. Belə ki, rəsmi saytın müvafiq bölməsində bununla bağlı bütün göstəricilər öz əksini tapıb”.