Gündəm / Cəmiyyət

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib. Qərara əsasən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq  Aynur Mustafa qızı Süleymanova 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilib.

Günay Bakir qızı Əsədova 37 saylı Qaradağ, Valeh Zakir oğlu Ocaqverdiyev 110 saylı Balakən, Zülfüqar Cəfər oğlu Cəfərov 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.