Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Kliniki Tibbi Mərkəzdə vətəndaşı həyatda saxlayacaq aparat işləmir? - İDDİA + VİDEO

Kliniki Tibbi Mərkəzdə vətəndaşı həyatda saxlayacaq aparat işləmir? - İDDİA + VİDEO

Böyrək köçürülən şəxslərin orqan transplantasiyasından sonra keçməli olduqları müayinələr var.

Bu müayinələr və analizlər sayəsində onlara dərman dozası təyin olunur.

Buna səbəb dərman dozasının təyini üçün olan analiz avadanlığının işləməməsidir.

Pasiyentlərin sözlərinə görə, onlar böyrək köçürülməsindən sonra qəbul edilən dərmanların dozasını tarazlamaq üçün müayinə edilməlidirlər.

Analiz cihazı da Kliniki Tibbi Mərkəzin ərazisindəki laboratoriya mərkəzindədir. Lakin yüzlərlə insanın mütəmadi şəkildə müayinədən keçməli olduğu bu cihaz bir neçə aydır işləmir.

Sözügedən laboratoriyadan bildirilib ki, cihazın işləməməsinə səbəb ehtiyat hissələrinin sıradan çıxmasıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, məsələ araşdırılacaq.// siam.az

Ətraflı "Xəzər Xəbər”in süjetində: