Gündəm / Cəmiyyət / Təhsil

Azərbaycanda 1 şagirdi olan 7 məktəb var - SİYAHI

Azərbaycanda 1 şagirdi olan 7 məktəb var - SİYAHI

Hazırda Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblərin sayı və onların harada fəaliyyət göstərdiyi maraq doğurur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən saytımıza bildirilib ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir.

"Kanal14.az" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir.

Elm və Təhsil Nazirliyi şagird sayı ən çox olan məktəblərin də harada olduğuna aydınlıq gətirib.

Bildirilib ki, şagird sayı 4000-dən çox olan 10 məktəb var ki, bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhəri ərazisindədir.

Azərbaycanda şagird sayı 5000-dən çox olan 3 məktəb var ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.