Gündəm / Cəmiyyət / Dünya / Səhiyyə

Azərbaycana qızılca vaksinləri nə vaxt gətiriləcək? - RƏSMİ

Azərbaycana qızılca vaksinləri nə vaxt gətiriləcək? - RƏSMİ

"Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək".

"Kanal14.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək.

TƏBİB sədri qeyd edib ki, hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur.