Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Doğum şəhadətnaməsi üçün 1000 manat rüşvət tələbi...

Doğum şəhadətnaməsi üçün 1000 manat rüşvət tələbi...

"İnternational Medical Center pul üçün uşaqların sağlamlığı ilə oynayır".

"Kanal14.az" Bakupost.az-a istinadən xəbər verir ki, bu iddia ilə Haldun Novruzzadə adlı şəxs sosial şəbəkədə çıxış edib.

"Dostum Ehtiram Həsənov sentyabr ayında yoldaşını doğum üçün Bakıda yerləşən International Medical Centerə aparıb. Uşaq normal anadan olub, hər şey əla. Səhəri gəliblər ki, bəs uşağınızın ciyəri açılmır, depozit qoyun, müalicə edək. Bərbər işləyən ata borc-xərc edib 2000 manata yaxın depozit qoyub. Sonra bir də depozit istəyəndə deyib ki, pulum yoxdu. Uşağı çıxarıb ayrı xəstəxanaya aparıb", - deyə H.Novruzzadə bildirib.
Onun sözlərinə görə, Ehtiram Həsənov 2 ay sonra uşağın doğum haqqında şəhadətnaməsini almaq üçün İnternational Medical Center-ə müraciət edib:

"Ona deyiblər ki, sənin 1600 manat verəcəyin var. Ehtiram Həsənov etiraz edib. Deyib ki mən çıxanda heç nə deməmisiniz. Həm də qəbz tələb edib, amma heç nə verə bilməyiblər. İnternational Medical Center-in direktoru Əli Əsgərovla görüşüb. O, valideynə deyib ki, 1000 manat ver şəhadətnaməni verim, yoxsa kimə istəyirsən, şikayət elə, verən deyiləm".
H.Novruzzadə daha sonra qeyd edib ki, xəstəxana ilə bağlı Google-da axtar aparıb, orada oxşar ssenari ilə bir necə hadisənin baş verdiyini öyrənib:
"Düşünürəm ki, xəstəxana qəsdən, pul üçün uşaqların sağlamlağı ilə oynayır. Dövlətin verdiyi sənədi "zaloq” saxlamaq qanunsuzdur. Ortada ciddi bir qanunsuzluq var. Səhiyyə və Daxili İşlər Nazirliyindən bu hadisəni araşdırmağı xahiş edirəm".

***

Məsələ ilə bağlı "İnternational Medical Center"in sözçüsü Bəhram Quliyev Bakupost.az -a bildirdi ki, "İnternational" adı altında ölkədə bir neçə klinika, müəssisə var, bəzən ünvan və şikayətlər səhv düşür .
"Özəl klinikaların borca görə pasiyentə doğum haqqında arayışın verməməsi kimi daxili və ya qanunla hüququ varmı” sualına "Doğum haqqında arayış bəzi sənəd problemləri olanda verilməyə bilər. Xəstənin ad soyadı üzrə məsələni araşdırıb, yalnız 1-ci gün məlumat verə bilərik. Burda şikayət əsassız da ola bilər” – cavabını verdi".