Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

"Kanal14.az" xəbər verir ki, dörd qrupda keçiriləcək səkkiz oyunla pley-offun son iki iştirakçısı bəlli olacaq.

Həmçinin mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gələcək.

E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyacaq.

F qrupunda 1/8 final mərhələsinə vəsiqəyə üç komanda iddia edir. Bunlar Fransanın PSJ, İngiltərənin "Nyukasl” və İtaliyanın "Milan” kollektivləridir.

G qrupunda bütün suallara aydınlıq gəlib.

H qrupunda isə Portuqaliya "Portu”su ilə Ukraynanın "Şaxtyor” (Donetsk) klubu pley-off mərhələsinə vəsiqənin sahibini öz aralarındakı matçda müəyyənləşdirəcək.