Gündəm / Cəmiyyət

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Naxçıvan Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə yeni təyinatlar olub.

"Kanal14.az"ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Əmrə əsasən, yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardim Xidməti" publik hüquqi şəxsin direktoru İbrahimov Səbuhi Vahid oğlu, "Qan Bankı Və Qan Köçürmə Mərkəzi" publik hüquqi şəxsin direktoru Həsənov Məmmədəli Əli oğlu, "Treninq və Simulyasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Rzayeva Aytən Əlövsət qızı, yeni yaradılan "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsin direktoru Məmmədov Rifat Almurad oğlu (bundan əvvəl Elçin Zakir oğlu Rəfiyev), "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsin direktoru Əliyev Mustafa Həsən oğlu, "Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Rəhimov Rəhim Nəcəf oğlu təyin edilib.

Sonuncu Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının keçmiş baş həkimidir. O, noyabr ayında Samiq Sadıxovun əmri ilə işdən çıxarılmışdı.