Gündəm / Siyasət / Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini AÇIQLADI

Putin prezident seçkilərində iştirak edəcəyini AÇIQLADI

Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştiraka razılıq verib.

"Kanal14.az" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə görüşən nümayəndələr bildiriblər ki, DXR parlamentinin spikeri Artem Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb.

Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri martın 17-nə təyin edilib.