Gündəm / Siyasət / Dünya

Qriqoryan ABŞ müdafiə nazirinin müavini ilə görüşdü

Qriqoryan ABŞ müdafiə nazirinin müavini ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin müavini Laura Kuper ilə görüşüb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, görüş ABŞ Müdafiə Nazirliyində keçirilib. 

Söhbət zamanı ikitərəfli birgə proqramların həyata keçirilməsi, sülhməramlı fəaliyyət çərçivəsində əməkdaşlıq və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.