Gündəm / Siyasət / Dünya

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

Lavrov Borrell və Blinkeni qorxaq adlandırdı

Avropa diplomatiyasının rəhbəri Josep Borrell və ABŞ dövlət katibi Antoni Blinken sadəcə olaraq hər hansı söhbətdən qaçan qorxaqlardır.

"Kanal14.az" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, sözügedən şəxslərin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmamasını belə şərh edib: "Yəqin ki, onlar hesab edirlər ki, bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğulayırlar. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərində faktlarla hər hansı səmimi söhbətdən qorxurlar".