Gündəm / Siyasət / Dünya

Putin bunu xəyanət adlandırdı

Putin bunu xəyanət adlandırdı

"Rusiya cəmiyyətini parçalamaq cəhdləri xəyanətdir". 

"Kanal14.az" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Rus Xalqları Şurasının iştirakçıları qarşısında çıxışı zamanı deyib. 

"Etnik və dini ədavət salmaq, cəmiyyətimizi parçalamaq cəhdləri bütün Rusiyaya qarşı xəyanətdir, cinayətdir”, - Putin deyib.

Onun sözlərinə görə, hakimiyyət heç kimə "ümumi ana” olan ölkəni parçalamağa imkan verməyəcək.

Putin əlavə edib ki, Rusiya İmperiyasının və Sovet İttifaqının dağılmasından sonra yaranan ocaqlar hələ də tüstülənir, bəzən yeni qüvvə ilə alovlanır - bu səhvlər təkrarlanmamalıdır.